суббота, 29 марта 2014 г.

İnsan əməyi

  Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdi. İndi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşın göydələnlər inşa edilir. İnternet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir. Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur
    Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı "Kərpickəsən kişinin dastanı” əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xöşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünü sərt şillə kimi dəyir, onu utandırır. Həyatda belə misallar çoxdur.

 Dahi şairimiz Nizami Gəncəvinin bədii irsinə müraciət edək. Şairin ilk poeması olan “Sirlər Xəzinəsi”ndəki maraqlı hekayələrdən biri “Kərpic kəsən kişinin dastanı”dır. Bu əsədə əməyin şərəfli rolu, insan həyatındaki misilsiz əhəmiyyəti çox parlaq şəkildə açılıb göstərilir. Dünya görmüş kərpickəsən qoca namuslu əməyi sevir, öz əlinin zəhməti ilə dolanır, ruzisini kəpic kəsməklə qazanır, heç kəsə baş əyir və öz sənəti ilə fəxr edir

Seçilmiş əsərlər

Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir.Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır

Zəhmətkeş insanlar

"İNSAN ZƏHMƏTKEŞ DEYİLSƏ, XOŞBƏXT OLA BİLMƏZ"
Hər bir insan zəhməti ilə seçilir. İnsan nə qədər zəhmətkeş olarsa o qədər də xoşbəxt olar. Əlbəttə ilk öncə bir şeylərə başlamaq göz qorxuducudur. Amma unutmayın ki, hər bir insan hansısa bir şeyi bütün səmimiyyəti ilə istəyirsə və onu əldə etmək üçün bir zaman və zəhmət sərf edirsə 
mütləq çıxış yolu tapır.Amma natamam şəkildə istəyirsə, belə olduqda çıxış yolu tapa bilmir. Bu səbəbdən nəyə nail olmaq istəyirsənsə mütləq zəhmətə alış. İnsanı hər bir uğura aparan yolun başlanğıcı zəhmətlə başladığı kimi, nəticəsi də zəhmətdən asılıdır.
     Hətta statistikalara görə insanın əldə etdiyi nailiyyətin cox cüzi faizini istedad təşkil edir. Çox böyük faizi isə zehmetin payına düşür. O üzdən bütün nailiyyətlər bilavasitə zəhmətlə baglıdır.
    Mən başda 
"İNSAN ZƏHMƏTKEŞ DEYİLSƏ, XOŞBƏXT OLA BİLMƏZ" dedikdə məhz bunu nəzərdə tuturdum. Axı həyatta heç bir istədiyinə çata bilməyən, heç bir nailiyyət əldə edə bilməyən biri necə xoşbəxt ola bilər?